FHN Gədəbəydə maarifləndirmə tədbiri keçirdi - Fotolar

fhn-gedebeyde-maariflendirme-tedbiri-kecirdi
Oxunma sayı: 1042

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi Gədəbəy rayonu, Düz Rəsullu kəndində işləməyən əhali üçün “Dinc və müharibə dövrlərində fövqəladə hallar zamanı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib.

FHN-dən “Qafqazinfo”ya verilən məlumata görə, tədbirdə kənd sakinləri ilə yanaşı, Gədəbəy Rayon İcra Hakimiyyətinin və yerli bələdiyyənin məsul şəxsləri də iştirak edib.

Toplantıda fövqəladə halların təsnifatı, o cümlədən yanğınlar, zəlzələ, torpaq sürüşməsi, sel və daşqınlar və ölkəmiz üçün xarakterik olan digər fövqəladə hadisələrlə bağlı geniş məlumat verilib, bu hadisələr zamanı zəruri davranış qaydaları barədə ətraflı danışılıb. Bundan əlavə, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə üsulları əyani şəkildə nümayiş etdirilib.

Tədbirdə iştirakçıların sualları cavablandırılıb, müzakirələr aparılıb.