FHN iki nəfəri dənizdə boğulmaqdan xilas etdi

fhn-iki-neferi-denizde-bogulmaqdan-xilas-etdi
Oxunma sayı: 721

Bakıda dənizdə batmaq təhlükəsi ilə üzləşən iki nəfər xilas edilib.

Qafqazinfo”nun Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Dövlət Sularda Xilasetmə Xidmətinə Bakı şəhəri, Sabunçu rayonunda 2 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Dərhal xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşları sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.