FHN-in Akademiyasında “Heydər Əliyev İli”nə həsr olunmuş tədbir - Fotolar

fhn-in-akademiyasinda-heyder-eliyev-iline-hesr-olunmus-tedbir
Oxunma sayı: 1439

Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında “Heydər Əliyev İli”nə həsr olunmuş “Ulu öndər Heydər Əliyev irsinin öyrənilməsi - idarəçilik və varislik fəlsəfəsinin təbliği” mövzusunda tədbir keçirilib.

FHN-dən “Qafqazinfo”ya verilən məlumata görə, tədbirdə nazirliyin rəhbər heyəti, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, ali təhsil müəssisəsinin professor-müəllim heyəti, kursant və magistrləri iştirak ediblər.

Fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən bəhs edib, dövlətimizin qurulması və güclənməsi istiqamətində titanik fəaliyyətindən danışıb. O, FHN tərəfindən “Heydər Əliyev İli” çərçivəsində silsilə tədbirlərin keçirildiyini xatırladaraq Akademiyada təşkil olunmuş bu tədbirin də gənc zabit və kursant heyətinin Ulu Öndərin misilsiz irsi ilə bağlı biliklərinin daha da zənginləşməsinə öz töhfəsini verəcəyinə əmin olduğunu bildirib.

E.Mirzəyev qeyd edib ki, ümummilli lider Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir.

Davamlı inkişaf yolunda inamla irəliləyən güclü Azərbaycan dövləti Ulu Öndərin həyat amalının təntənəsi, şah əsəridir. Biz çox xoşbəxtik ki, dünya şöhrətli siyasətçi, tarixi şəxsiyyət Heydər Əliyevin qurub yaratdığı müstəqil Azərbaycan dövlətinin vətəndaşlarıyıq. Heydər Əliyev siyasətinin mahir davamçısı ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə böyük uğurlara imza atan Azərbaycan bu gün dünya miqyasında sayılıb seçilən dövlətlər sırasında özünəməxsus yer tutur.