FHN-in bu İnstitutunun Təlim-tədris bölməsi istifadəyə verildi - Fotolar

fhn-in-bu-institutunun-telim-tedris-bolmesi-istifadeye-verildi
Oxunma sayı: 2547

Fövqəladə Hallar Nazirliyi (FHN) Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutunun Təlim-tədris bölməsinin açılışı olub.

“Qafqazinfo” xəbər verir ki, fövqəladə hallar nazirinin müavini Tapdıq Əmraslanov bölmənin açılışında iştirak edib.

Yüksək keyfiyyətli təmirdən sonra ən müasir avadanlıqlarla təchiz olunmuş Təlim-tədris bölməsinin yerləşdiyi inzibati binada xalqımızın ulu öndəri Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən foto-stend təşkil olunub.

Təlim-tədris bölməsində tədris, imtahan, server və anbar otaqları fəaliyyət göstərir. Tədris otaqları müasir tələblərə cavab verən kompüter, lövhə, proyektor və ekranla, eləcə də daxili şəbəkə və internet xətləri ilə təchiz edilib.

Burada eyni vaxtda 90 nəfərə tədris keçilməsi üçün hər cür şərait yaradılıb. İmtahan otağı xüsusi proqram təminatı vasitəsilə eyni anda 15 nəfərin imtahan verə biləcəyi şəkildə kompüter avadanlıqları ilə komplektləşdirilib.