FHN-in Cənub Regional Mərkəzi çimərliklərdə maarifləndirmə tədbiri keçirib - Fotolar

FHN-in Cənub Regional Mərkəzi çimərliklərdə maarifləndirmə tədbiri keçirib
Oxunma sayı: 400

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən 11 avqust 2022-ci il tarixində Lənkəran və Astara xilasetmə məntəqələrinin ərazisində yerləşən çimərliklərdə istirahət edən vətəndaşlar arasında “Çimərliklərdə təhlükəsizlik qaydaları” mövzusunda maarifləndirmə tədbirləri keçirilib.

FHN-dən "Qafqazinfo"ya verilən məlumata görə, maarifləndirmə tədbirlərinin keçirilməsində məqsəd əhaliyə çimərlikdə təhlükəsizilik qaydaları barədə biliklərin aşılanması olub.

Tədbirdə FHN Cənub Regional Mərkəzinin, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşları iştirak ediblər.

Tədbirdə əməkdaşlar tərəfindən təhlükəsizlik qaydaları barədə ətraflı məlumat verilərək sözügedən qaydalara riayət edilməsinin vacibliyi vurğulanıb, qadağanedici nişanlara, sanitar-gigiyena qaydalarına əməl olunması və zərəçəkmişlərə ilkin yardımın göstərilməsinə dair söhbətlər aparılıb.

Vətəndaşlara suda hər hansı bədbəxt hadisənin baş verməsinin qarşısının vaxtında alınması üçün zəruri tədbirlər barədə tövsiyələr verilib.

Sonda mövzuya aid suallar cavablandırılıb, tədbirdə iştirak edən vətəndaşlara bukletlər, maarifləndirmə xarakterli müxtəlif təbliğat materialları paylanılıb.