Fövqəladə Hallar Nazirliyinin (FHN) Gəncə Regional Mərkəzi tərəfindən 3 mart 2022-ci il tarixində Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin Gəncə Regional Mühafizə İdarəsində nümunəvi mülki müdafiə dərsi keçirilib.
“Qafqazinfo” xəbər verir ki, tədbirdə FHN-in əməkdaşları tərəfindən mülki müdafiə işinin təşkilinin əhəmiyyətindən danışılıb, təbii və texnogen mənşəli fəlakətlərin qarşısının alınmasına dair zəruri tələblər barədə məlumat verilib, əhalinin və ərazilərin birgə mühafizəsi, fövqəladə hadisələr zamanı qarşılıqlı fəaliyyətin vacibliyindən bəhs edilib. Qeyd edilib ki, fəlakətlər zamanı müvafiq qurumların birgə fəaliyyəti insanların təhlükəsizliyinin təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir.
Sonda FHN Gəncə Regional Mərkəzinin Xüsusi Xilasetmə Hissəsinin istifadəsində olan alət və avadanlıqlar nümayiş etdirilib, suallar cavablandırılıb.
Bu səpkili tədbirlərin gələcəkdə davam etdirilməsinin əhəmiyyəti qeyd olunub.




Son xəbərlər
Son Xəbərlər