FHN-in helikopteri 9 nəfəri xilas etdi - Yenilənib

fhn-in-helikopteri-9-neferi-xilas-etdi
Oxunma sayı: 4040

İran İslam Respublikasının bayrağı altında üzən Şəbahəng quru - yük gəmisindən Lənkəran limanı yaxınlığında qəzaya uğraması ilə bağlı Dövlət Dəniz Agentliynin Milli Mərkəzinə saat 14:10-da qəza həyəcan siqnalı daxil olub. 

Qurumun mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, qərargah tərəfindən FHN-nin 2 helikopteri və Dövlət Sərhəd Xidmətinin gözətçi gəmisi hadisə yerində xilasetmə əməliyyatına cəlb edilib. 

Hazırda xilasetmə əməliyyatları həyata keçirilir.

***

Dövlət Dəniz Agentliyinin mətbuat xidmətindən verilən məlumata görə, “Şəbahəng” quru - yük gəmisinin 9 nəfər şəxsi heyətinin FHN helikopterləri, Dövlət Sərhəd Xidmətinin gözətçi gəmisi tərəfindən xilas edilməsi əməliyyatı saat 16:10 radələrində uğurla başa çatdırılıb.

Xilas edilən 9 nəfər təhlükəsiz şəraitdə sahilə çıxarılmaqdadır.