Fövqəladə Hallar Nazirliyinin psixoloqları “Prokurorluqda vətəndaşların qəbulu zamanı peşəkar davranışın mənəvi və psixoloji aspektləri” mövzusunda seminarda iştirak ediblər.
“Qafqazinfo” xəbər verir ki, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin, eləcə də müvafiq sahə üzrə yuxarı prokurorluqların işçiləri üçün təşkil edilmiş seminarda Fövqəladə Hallar Nazirliyinin xüsusi riskli vəziyyətlərdə vətəndaşlarla ünsiyyət saxlamaq təcrübəsi olan psixoloqları qatılıblar.
Seminarda FHN-in Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş idarəsinin psixoloqları “Xüsusi riskli vəziyyətlərdə vətəndaş qəbulunun psixoloji aspektləri” və “Vətəndaşların qəbulu zamanı yaranan riskli hadisələr üzrə dövlət qulluqçusunun hərəkətləri” mövzularında təqdimat ediblər. FHN-in psixoloqları seminar iştirakçılarına xüsusi riskli vəziyyətlərdə vətəndaş qəbulunun psixoloji aspektləri, yaranan riskli hadisələr zamanı dövlət qulluqçusunun hərəkətləri, o cümlədən intiharameyilli davranışın qarşısının alınmasına dair biliklər tədris ediblər.
Seminar Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin inzibati binasında əyani, Naxçıvan Muxtar Respublikasında qulluq keçən işçilər üçün isə distant formada keçirilib.
Seminarda mövzular ətrafında geniş müzakirələr aparılıb və fotoslaydlar nümayiş olunub.


Son xəbərlər
Son Xəbərlər