FHN-in sabiq bölmə rəisinə cinayət işi açıldı

fhn-in-sabiq-bolme-reisine-cinayet-isi-acildi
Oxunma sayı: 2387


Baş Prokurorluqdan “Qafqazinfo”ya verilən məlumata görə, araşdırmalar zamanı Anar Allahverdiyev FHN-in  Xüsusi Riskli Xilasetmə Xidmətinin Çevik xilasetmə idarəsində bölmə rəisi vəzifəsində işləyərkən qulluq mövqeyindən istifadə etməklə Bakı şəhər sakinini həmin xidmətə işə qəbul etdirmək adı ilə aldadaraq 8 min manat məbləğində pulunu ələ keçirib.

Fakta görə Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Murad Əhməd