FHN kiçikhəcmli gəmilərə texniki baxışı dayandırır

fhn-kicikhecmli-gemilere-texniki-baxisi-dayandirir
Oxunma sayı: 1147

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən 2020-ci il ərzində kiçikhəcmli gəmilərə texniki baxışın keçirilməsi prosesi müvəqqəti dayandırılır. 

“Qafqazinfo” xəbər verir ki, texniki baxışın keçiriləcəyi tarix barədə əlavə məlumat veriləcək. Xüsusi karantin rejimində texniki baxış müddəti bitmiş kiçikhəcmli gəmilərə cərimə tətbiq edilməyəcək.

Qeyd edək ki, bu addım Azərbaycan ərazisində koronavirusun (COVID-19) yayılma təhlükəsinin qarşısının alınması məqsədilə tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqədar olaraq atılıb.