Mayın 10-da xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun rəhbərliyi ilə nazirliyin kollektivi Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib.
“Qafqazinfo” xəbər verir ki, ümummilli liderin məzarı önünə gül dəstələri qoyulub, əziz xatirəsi ehtiramla anılıb.