FHN kollektivi ulu öndərin xatirəsini yad edib - Fotolar

fhn-kollektivi-ulu-onderin-xatiresini-yad-edib
Oxunma sayı: 2552

Mayın 10-da ümummilli lider, böyük tarixi şəxsiyyət, görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov və Nazirliyin kollektivi Fəxri xiyabanı ziyarət edib.

Bu barədə “Qafqazinfo”ya FHN-dən məlumat verilib.

Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin kollektivi Ulu Öndərin məzarı üzərinə gül dəstələri qoyub, əziz xatirəsini dərin ehtiramla yad edib.