5-11 sentyabr tarixlərində Çin Xalq Respublikasının Harbin şəhərində Yanğın-xilasetmə idman növü üzrə XIX dünya çempionatı keçirilib.
“Qafqazinfo” xəbər verir ki, yarışda ölkəmizi Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin komandası təmsil edib.
Çempionatda iştirak edən FHN komandası böyük uğura imza atıb.
Belə ki, döyüş açılışı üzrə əzmkar mübarizə aparan FHN əməkdaşları 30.78 saniyə ərzində qarşıya qoyulan tapşırığı uğurla yerinə yetirməklə 3-cü yerə layiq görülüb və bürünc medalların sahibi olub.
FHN komandasına çempionatın kubok, medal və hədiyyələri təqdim edilib.