FHN köməksiz qalan azyaşlını xilas edib

fhn-komeksiz-qalan-azyaslini-xilas-edib
Oxunma sayı: 807

Mingəçevirdə köməksiz vəziyyətdə qalan 1 azyaşlı xilas edilib.

“Qafqazinfo” Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Mingəçevir şəhərində 1 nəfər azyaşlı mənzildə köməksiz vəziyyətdə qalıb. 

Hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açıb və azyaşlını aidiyyəti üzrə təhvil verib. Əməliyyat başa çatıb.