FHN maarifləndirici tədbirlər keçirib

FHN maarifləndirici tədbirlər keçirib
Oxunma sayı: 1128

Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.

Nazirlikdən "Qafqazinfo"ya verilən məlumata görə, FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin mütəxəssislərinin də iştirakı ilə Şimal Regional Mərkəzi tərəfindən Şabran rayonu Sincanboyad kənd, Bakı Regional Mərkəzi tərəfindən Xəzər rayonu E.Əliyev adına 234 saylı, Şimal-qərb Regional Mərkəzi tərəfindən Şamaxı rayonunun Məlikçobanı kənd və Çarhan kənd, Şimal Regional Mərkəzi tərəfindən Qusar rayonununun Hil kənd, Qarabağ Regional Mərkəzi tərəfindən Bərdə rayon Bəcirəvan kənd, Gəncə Regional Mərkəzi tərəfindən Ağstafa rayonu, E.Mustafayev adına Yenigün kənd, Aran Regional Mərkəzi tərəfindən Yevlax şəhər 4 nömrəli tam orta məktəblərində, Sumqayıt Regional Mərkəzi tərəfindən isə Sumqayıt şəhər 47 nömrəli körpələr evi-uşaq bağçasında maarifləndirmə tədbirləri keçirilib.

Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.

Tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğınların baş vermə səbəbləri və bu zaman zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.

İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.