FHN maarifləndirmə işlərini davam etdirir

fhn-maariflendirme-islerini-davam-etdirir
Oxunma sayı: 1084

Fövqəladə Hallar Nazirliyi maarifləndirmə işlərini davam etdirir. 

Qurumdan "Qafqazinfo"ya verilən məlumata görə, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı ərəfəsində baş verə biləcək yanğın və partlayış hadisələrinin qarşısının alınması və belə hadisələrdən dəyə biləcək zərərin minimuma endirilməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən Bakı şəhərində, eyni zamanda respublikanın digər şəhər və rayonlarında yaşayış binalarının zirzəmi və birinci mərtəbələrində fəaliyyət göstərən 1500-dən çox obyektdə yanğına qarşı maarifləndirmə tərdbirləri çərçivəsində sahibkarlarla görüşlər keçirilib.

Nazirlik əməkdaşları tərəfindən aparılan izahat işlərinin nəticəsi olaraq 185 propan qaz balonu partlayış təhlükəliliyi nəzərə alınaraq sahibkarlar tərəfindən könüllü olaraq obyektlərdən uzaqlaşdırılıb. Bu sahədə tədbirlər davam etdirilməkdədir.