FHN Masallıdakı qəza ilə bağlı məlumat yaydı

fhn-masallidaki-qeza-ile-bagli-melumat-yaydi
Oxunma sayı: 2846

Fövqəladə Hallar Nazirliyi Masallı rayonunun Çaxırlı kəndi ərazisində “KamAZ” və “QAZ” markalı iki yük avtomobilinin toqquşması ilə bağlı məlumat yayıb.

FHN-dən "Qafqazino"ya verilən məlumata görə, nəticədə “QAZ” markalı yük avtomobilinin kabinə hissəsi yanıb.

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri “QAZ” markalı yük avtomobilində sıxılı vəziyyətdə qalan sürücü, 1971-ci il təvəllüdlü Soltanov İsa Soltan oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər. 

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.