FHN Naxçıvanda təlim keçirdi - Video

fhn-naxcivanda-telim-kecirdi
Oxunma sayı: 938

Fövqəladə Hallar Nazirliyi tərəfindən Naxçıvan şəhərində yerləşən 14 nömrəli tam orta məktəbdə “Fövqəladə hallar zamanı davranış qaydaları və təxliyə” mövzusunda təlim keçirilib.

“Qafqazinfo” xəbər verir ki, təlimin keçirilməsində məqsəd məktəbin kollektivinə fövqəladə hallar, o cümlədən yanğın zamanı davranış qaydalarının aşılanması olub.

Təlimdə Azərbaycan FHN-in İctimaiyyətlə əlaqə idarəsi, Naxçıvan Fövqəladə Hallar Nazirliyinin müvafiq vəzifəli şəxsləri və məktəbin kollektivi iştirak edib.

Tədbirdə şərti yanğın zamanı “Həyəcan” siqnalı verildikdən sonra FHN-in yanğınsöndürənləri operativ qaydada hadisə yerinə çataraq, “yanğınla mübarizə” tədbirlərinə başlayıblar.

Şərti yanğın baş vermiş məktəbdə təxliyə planına uyğun olaraq, şagirlərin və müəllimlərin təhlükəsiz yerə təxliyəsi həyata keçirilib, “zərərçəkmişlər xilas olunaraq onlara ilkin yardım göstərilib”.

Qeyd edək ki, bu cür tədbirlər Fövqəladə Hallar Nazirliyi tərəfindən mütəmadi olaraq təşkil olunur.