FHN neftçinin cəsədi üçün Türkmənistana təyyarə göndərdi

fhn-neftcinin-cesedi-ucun-turkmenistana-teyyare-gonderdi
Oxunma sayı: 1190

FHN də Türkmənistanda tapılan neftçinin cəsədi ilə bağlı məlumat yayıb.

"Qafqazinfo"ya daxil olan məlumatda bildirilir ki, “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşənlərdən daha birinin meyiti aşkar edilibr.

Aparılan axtarış-xilasetmə işləri zamanı Xəzər dənizinin Türkmənistan sahillərindən 55 km uzaqlıqda Azərbaycana məxsus “Cabbar Həşimov” gəmisi kişi cəsədi aşkar edib. Dərhal yaxınlıqda olan Türkmənistana məxsus “Caspian Rovşan” gəmisinə məlumat ötürülmüş və cəsəd gəminin göyərtəsinə qaldırılaraq hazırda Türkmənbaşı dəniz limanı istiqamətinə aparılır. Cəsədin üzərində olan xisusi qeyimdə “AZ SOCAR” yazısı müəyyən edilib.

Məlumat daxil olduqdan dərhal sonra FHN-in “BE-200ÇS” amfibiya tipli təyyarəsinin istintaq qrupu ilə birgə cəsədin tanınması və respublikaya gətirilməsi üçün hazırlıq işlərinə başlanılıb.