Bakıda azyaşlının barmağında sıxılıb qalmış üzük kəsilərək çıxarılıb.
“Qafqazinfo” Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına (FHN) istinadən xəbər verir ki, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Nizami rayonunda 1 azyaşlı uşağın barmağında üzüyün sıxılaraq qalması barədə məlumat daxil olub.
Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq azyaşlının barmağındakı üzüyü kəsərək çıxarıblar.
Son xəbərlər
Son Xəbərlər