Mingəçevir şəhər Səməd Vurğun adına 16 nömrəli tam orta məktəbdə fövqəladə hallarla mübarizəyə dair təlim keçirilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, Aran Regional Mərkəzi tərəfindən baş tutan təlimin keçirilməsində əsas məqsəd məktəb kollektivinin fövqəladə hadisələr zamanı davranış qaydaları üzrə bilik və bacarıqlarının artırılması, bu sahədə praktik vərdişlərin formalaşdırılmasından ibarət olub.
Əvvəlcə, Dövlət Himninin səsləndirilməsi ilə başlanan təlimin nəzəri mərhələsində təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı davranış qaydalarına dair məktəbin kollektinə ətraflı məlumatlar verilib, suallar cavablandırılıb.
Tədbirin praktiki hissəsində baş vermiş şərti fövqəladə hadisə ilə əlaqədar məktəb kollektivinin təxliyəsi, “zərərçəkmişlərə ilk yardımın göstərilməsi”, şərti yanğının söndürülməsi və digər əməliyyatlar uğurla icra olunub.
Sonda məktəbin kollektivinə texnikaların, xilasetmə alət və avadanlıqlarının istifadə qaydaları, taktiki-texniki göstəriciləri barədə məlumat verilib.