Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutu 16-18 iyun 2022-ci il tarixlərində “Baku Crystal Hall”da təşkil edilən “Partners & Business Bakı 2022” sərgisində iştirak edir.
“Qafqazinfo” xəbər verir ki, sərgidə xüsusi stendlə təmsil olunan İnstitutun fəaliyyət istiqamətləri, elmi-texniki ekspertiza, iş yerlərinin attestasiyası, deffektskopiya təlim-tədrisi, təhlükəli yük daşıyan avtomobillərə texniki baxışın keçirilməsi, həmçinin onların üzərində quraşdırılmış təhlükəli yüklərin daşınması üçün tutumların yuma-deqazasiya işlərinin görülməsi, texniki təhlükəsizlik bəyannamələrinin işlənməsi qaydalarını əks etdirən müxtəlif səpkili vəsaitlər ziyarətçilərin və iş adamlarının diqqətinə çatdırılır.









Son xəbərlər
Son Xəbərlər