FHN qayalıqda köməksiz qalan şəxsi xilas etdi

fhn-qayaliqda-komeksiz-qalan-sexsi-xilas-etdi
Oxunma sayı: 1630

Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Siyəzən rayonu, Zarat kəndində 1 nəfərin qayalıq ərazidə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

“Qafqazinfo”nun FHN-nin saytına istinadən verdiyi məlumata görə, dərhal FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı hündürlüyü 30 metr olan qayalıq ərazidən endirib və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 16.25-də başa çatıb.