FHN Qusardakı qəzayla bağlı məlumat yaydı

fhn-qusardaki-qezayla-bagli-melumat-yaydi
Oxunma sayı: 1552

Xəbər verdiyimiz kimi, Qusar rayonu, Çiləgir kəndində ağır yol-nəqliyyat hadisəsi baş verib. FHN sözügedən yol qəzasıyla bağlı məlumat yayıb.

“Qafqazinfo” xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə “KİA” markalı minik avtomobilinin idarəetməni itirərək yolun kənarındakı ağaca çırpılması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq deformasiyaya uğramış minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 1969-ci il təvəllüdlü Şahbazov Mehdi Əziz oğlunun cəsədini çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 10:46-da başa çatıb.