FHN su basmış ərazilərlə bağlı məlumat yaydı - Video

fhn-su-basmis-erazilerle-bagli-melumat-yaydi
Oxunma sayı: 1958

Davam edən yağıntıların törətdiyi fəsadların aradan qaldırılması istiqamətində Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri tərəfindən zəruri tədbirlərin görülməsi davam etdirilir.

FHN-dən "Qafqazinfo"ya verilən məlumata görə, gün ərzində nazirliyin Cənub Regional Mərkəzinin qüvvələri tərəfindən Lənkəran rayonunun Liman şəhəri və Boladi kəndində su basmış ərazilərdən suyun çəkilib kənarlaşdırılması işləri həyata keçirilib.