FHN su quyusuna düşən pişiyi xilas etdi

FHN su quyusuna düşən pişiyi xilas etdi
Oxunma sayı: 468

FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri su quyusuna düşən pişiyi xilas ediblər.

"Qafqazinfo" xəbər verir ki, hadisə Bakının Xəzər rayonunda qeydə alınıb.

Belə ki, nazirliyinin "112" qaynar telefon xəttinə pişiyin dərinliyi 19 metr olan su quyusuna düşərək orada köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış ünvanına gələrək pişiyi su quyusundan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi