FHN sudaboğulma halları ilə bağlı təlim keçirdi - Fotolar

fhn-sudabogulma-hallari-ile-bagli-telim-kecirdi
Oxunma sayı: 993

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Xəzər dənizinin Lənkəran şəhərindəki sahil zolağında “Su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması” mövzusunda təlim keçirilib.

“Qafqazinfo” xəbər verir ki, təlim xilasedicilərin sularda təhlükəsizliyin təmin edilməsi ilə bağlı peşə vərdişlərinin təkmilləşdirilməsi məqsədilə təşkil olunub.

Təlimdə FHN-in Cənub Regional Mərkəzinin, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Cənub dalğıc-axtarış qrupunun xilasediciləri iştirak ediblər.

Təlim zamanı şərti baş vermiş sudaboğulma hadisəsi zamanı axtarışlar aparılaraq “zərərçəkmiş xilas olunub, ona təxirəsalınmaz ilkin tibbi yardım göstərilib və aidiyyəti üzrə təhvil verilib”.