FHN tapılan meyitin tanınması üçün təyyarə göndərdi

fhn-tapilan-meyitin-taninmasi-ucun-teyyare-gonderdi
Oxunma sayı: 1315

Fövqaladə Hallar Nazirliyinin “BE-200ÇS” amfibiya tipli təyyarəsinin istintaq qrupu ilə birgə Türkmənistan sahillərində tapılmış meyitin tanınması və respublikaya gətirilməsi məqsədilə Türkmənistana göndərilib.

“Qafqazinfo”nun məlumatına görə, 29 yanvarda Xəzər dənizinin Türkmənistan sahillərində tapılmış meyitin ilkin olaraq “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşənlərdən biri olduğu ehtimal edilir.