FHN Tovuzda yanan məktəb binası ilə bağlı açıqlama yaydı

fhn-tovuzda-yanan-mekteb-binasi-ile-bagli-aciqlama-yaydi
Oxunma sayı: 1379

Tovuzda məktəb binasında yanğın olub.

“Qafqazinfo”nun Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, rayonun Bozalqanlı kəndində orta məktəbin yerləşdiyi üçmərtəbəli binanın 1-ci mərtəbəsində anbarın yanar konstruksiyaları 40 kv.m sahədə və içərisinə yığılan məktəb ləvazimatları yanıb.

Binanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.