FHN Xəzərdə xilas olunan balıqçıların adlarını açıqladı

fhn-xezerde-xilas-olunan-baliqcilarin-adlarini-aciqladi
Oxunma sayı: 1922

Xəzərdə balıqçı qayığı çevrilib.

QafqazinfoFövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə sahildən 150 km dənizdə balıq tutmaq məqsədi ilə çıxan balıqçıların qayığının çevrilməsi məlumatı daxil olub.

Dərhal nazirliyin Aviasiya Dəstəsinin 1 helikopteri hadisə yerinə cəlb edilib, batmaq təhlükəsi ilə üzləşmiş 4 balıqçını xilas edərək sahilə gətirir.

***

Görülmüş operativ xilasetmə əməliyyatı nəticəsində balıqçılar - Əliyev Nəbi Abdulla oğlu, Axundov Loğman Ərəstun oğlu, Əliyev Azər Nəbi oğlu və Quliyev Bəxtiyar Aydın oğlu xilas olunub. Balıqçılar FHN-in Aviasiya Dəstəsinin helikopteri ilə sahilə gətirilib.