Fövqəladə Hallar Nazirliyi Bakıda bazarda baş vermiş yanğınla bağlı məlumat yayıb.
“Qafqazinfo” FHN-nın saytına istinadən xəbər verir ki, Bakının Nəsimi rayonunda ümumi sahəsi 1,5 ha olan “Təzə Bazar” ərazisində birmərtəbəli mağazaların yanar konstruksiyaları 400 kv.m və piştaxtalar 400 kv.m sahədə yanıb.
Bazarın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Son xəbərlər
Son Xəbərlər