FHN yanğınla bağlı məlumat yaydı

fhn-yanginla-bagli-melumat-yaydi
Oxunma sayı: 4945

Fövqəladə Hallar Nazirliyi Bakıda hündürmərtəbəli binada baş vermiş yanğınla bağlı məlumat yayıb.
 
“Qafqazinfo” nazirliyin saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Nəsimi rayonunda 32 mərtəbəli binanın (hazırda istismar olunmur) metal konstruksiyalardan ibarət xarici divar üzlüyünün altına çəkilmiş şüşə-pambıq örtüyü 390 m² sahədə yanıb.
 
Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.