FHN yataqxanadakı yanğın haqda məlumat yaydı

fhn-yataqxanadaki-yangin-haqda-melumat-yaydi
Oxunma sayı: 825

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda məcburi köçkünlərin məskunlaşdığı yataqxanada baş verən yanğınla bağlı məlumat açıqlayıb.
 
“Qafqazinfo”nun FHN-in saytına istinadən verdiyi məlumata görə, Bakının Yasamal rayonunda 5 mərtəbəli yataqxana binasında ayrı-ayrı vətəndaşlara məxsus ümumi sahəsi 282 m2 olan mənzillər 101 m2 sahədə yanıb.
 
Yanğın zamanı 33 nəfər sakin təxliyyə olunub, 3 nəfər xilas edilib. Binanın qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
 
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.