FHN zəlzələ haqda xəbər yaydı

fhn-zelzele-haqda-xeber-yaydi
Oxunma sayı: 1408


“Qafqazinfo” xəbər verir ki, FHN Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzindən daxil olmuş məlumata əsasən, 10 yanvar 2014-cü il tarixində saat 04:45-də Siyəzəndən 84 km Şimali-Şərqdə Xəzər dənizində zəlzələ qeydə alınıb. Episentrdə zəlzələ 4,0 bal olub. Zəlzələ Xudat şəhəri, Xaçmaz, Şabran rayonlarında 3,0 bala qədər hiss olunub. İnsan tələfatı və dağıntı barədə məlumat daxil olmayıb.