Fici sahillərində güclü zəlzələ

fici-sahillerinde-guclu-zelzele
Oxunma sayı: 1150

Fici sahillərində 5,8 maqnitudalı zəlzələ olub.

Bu barədə “Qafqazinfo” Avropa və Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən xəbər verir.

Onun məlumatına görə, yeraltı təkanların episentri ölkənin paytaxtı Suva şəhərindən 781 kilometr cənubda, ocağı isə 559 kilometr dərinlikdə yerləşib.

Dağıntı və tələfat barədə məlumat daxil olmayıb, sunami xəbərdarlığı edilməyib.