Bakıda keçiriləcək IV İslam Oyunlarında ağır atletika yarışları davam edir.
“Qafqazinfo” xəbər verir ki, bu gün son yarış günüdür. Körpücük üzərinə çəkisi 90 kq-a qədər olan qadınlar çıxıblar. Yığmamızın üzvlərindən Fidan Əbdürrəhmanova medal mübarizəsinə qoşulub.
Atletimiz birdən qaldırma hərəkətində 60 kq, təkanla qaldırma hərəkətində isə 70 kq-ı ram edib.
Toplam 135 kq (60+75) nəticə ilə Fidan Əbdürrəhmanova bu çəki dərəcəsində 7-ci yeri tutub.
Bu çəkidə qızıl medalı toplam 224 kq (99+125) nəticə ilə misirli Dina Bərəkət əldə edib.
Gümüş medalı toplam 223 kq (100+123) nəticə ilə kamerunlu Numbissi Mekunyi, bürüncü isə toplam 207 kq (87+120) nəticə ilə kamerunlu Flore Um Albertine qazanıb.
Son xəbərlər
Son Xəbərlər