Türkiyə xarici işlər naziri Hakan Fidan yanvarın 28-31-də Albaniya, Bolqarıstan və Rumıniyaya rəsmi səfər edəcək.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Türkiyə Xarici İşlər Nazirliyi yazılı açıqlama verib.
Bəyanatda Fidanın Albaniya, Bolqarıstan və Rumıniyaya səfər edəcəyi, görüşlərdə cari regional və qlobal hadisələrin, eləcə də ikitərəfli münasibətlərin müzakirə olunacağı bildirilib.
Açıqlamada nazir Fidanın səfərlər çərçivəsində türkiyəli iş adamları və Türkiyə ictimaiyyətinin nümayəndələri ilə də görüşəcəyi qeyd edilib.
Son xəbərlər
Son Xəbərlər