Fidan Hacıyevanın millət vəkili ilə işbirliyi

fidan-haciyevanin-millet-vekili-ile-isbirliyi
Oxunma sayı: 1653


“Qafqazinfo”nun məlumatına görə, əməkdar artist sözləri millət vəkili Qənirə Paşayevaya, musiqisi Sevinc Tofiqqızına məxsus mahnını lentə aldırıb. Bu haqda açıqlama verən Tofiqqızı bildirib ki,  əməkdar artistin ifa etdiyi bəstə “Görmürsən məni” adlanır: 

“Bizim Qənirə xanımla işbirliyimiz davam edir. Bu dəfə sözləri Qənirə xanıma, musiqisi isə mənə aid olan “Görmürsən məni” adlı mahnımızı əməkdar artist Fidan Hacıyeva səsləndirdi. İnanıram ki, dinləyicilər tərəfindən bəyəniləcəkdir. Çünki, Fidan xanım mahnını çox gözəl oxuyub. Bu, Qənirə xanımın şeirinə bəstələdiyim 9-cu mahnıdır. Hələ bundan sonra işbirliyimiz davam edəcək. Mahnının ərsəyə gəlməsidə əməyi keçən hər kəsə öz təşəkkürümü bildirirəm”.

Qeyd edək ki, mahnının aranjemanı Osman Həmidova məxsusdur.

Könül