Fidan prezidentlərin Astana görüşünü təsdiqlədi

fidan-prezidentlerin-astana-gorusunu-tesdiqledi
Oxunma sayı: 1325

Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğanla Vladimir Putin yaxın günlərdə Qazaxıstanda görüşəcəklər.

“Qafqazinfo” xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan “Habertürk”ün efirində deyib.

Fidan iyunun 11-də Moskvaya səfəri çərçivəsində Putinlə görüşü zamanı ona Türkiyə liderinin müharibənin həlli və gündəmə gətirilməli mövzularla bağlı mesajlarını çatdırdığını bildirib. O vurğulayıb ki, enerji məsələləri, ticarət həcmi ilə bağlı məsələlər və türk şirkətlərinin Rusiyadakı vəziyyəti iki ölkə arasındakı münasibətlərdə, xüsusən də ikitərəfli əməkdaşlıqda son dərəcə əhəmiyyətlidir.

Xatırladaq ki, ötən gün Kremlin sözçüsü Dmitri Peskov ölkə başçılarının Astanada görüşə biləcəyini açıqlamışdı.