Bu gün Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess 2018 superturnirinin açılış mərasimi keçiriləcək.
“Qafqazinfo” turnirin mətbuat xidmətinə istinadən xəbər verir ki, Beynəlxalq Şahmat Federasiyasının prezidenti - FİDE rəhbəri Kirsan İlyumjinov tədbirdə iştirak etmək üçün Şəmkirə gələcək.
Qeyd edək ki, superturnirin təntənəli açılış mərasimi Şəmkirdəki Heydər Əliyev Mərkəzində olacaq. Tədbir saat 18-30-da başlayacaq.
Son xəbərlər
Son Xəbərlər