Fidel Kastro roluna amerikalı seçildi, etirazla qarşılandı

fidel-kastro-roluna-amerikali-secildi-etirazla-qarsilandi
Oxunma sayı: 1750

Amerikalı aktyor Ceyms Franko rejissor Migel Bardemin “Kubadan olan Alina” filmində kubalı lider Fidel Kastronu canlandıracaq.

Bu barədə “Qafqazinfo” “Deadline” nəşrinə istinadən xəbər verir.

Bildirilir ki, bu xəbər ictimaiyyətin narazılığına səbəb olub. Belə ki, rola təsdiqlənmiş aktyor latın amerikalı deyil.

“Necə oldu ki, bu, əvvəlki kimi baş verir? Hollivud bizi kənarda qoyur, lakin hekayələrimizi oğurlayır. Boykot elan edək. Franko ilə heç bir problemim yoxdur, amma o, latın amerikalı deyil”, - kolumbiyaəsilli amerikalı aktyor Con Leguizamo instaqramda yazıb.

Həyat hekayəsi filmin ssenarisində yer alan F. Kastronun nikahdankənar qızı Alina Fernandes isə ictimaiyyətin narazılığına baxmayaraq, C. Frankonu dəstəkləyib:

“Həm kadrda, həm də kadr arxasında layihə üzərində çalışanların, demək olar ki, hamısı latın amerikalıdırlar. Ceyms Franko isə xarici görünüşcə Fidel Kastroya çox bənzəyir, üstəlik, yaxşı aktyorluq qabiliyyəti və xarizması var”.

Fidel Kastro və Ceyms Franko

Con Leguizamo

Alina Fernandes