Fidel Kastronun sevgilisi öldü

fidel-kastronun-sevgilisi-oldu
Oxunma sayı: 2530


“Qafqazinfo” musavat.com-a istinadən xəbər verir ki, məlumatı "El Nuevo Herald" nəşri yayıb. Keçmiş inqilabçı ötən il insult keçirmişdi.

Nati kimi tanınan Revuelta Fidel Kastronun rəhbərlik etdiyi "26 İyul hərəkatı"nın üzvü olub. Komendante qadınla 1952-ci ildə görüşüb. Kuba inqilabının başlanğıcı sayılan Mankada kazarmasına hücum məhz Revuelta Klevsin evində planlaşdırılıb. 

Nati ərdə olub, öz dövrünün ilk gözəllərindən sayılıb və kifayət qədər zəngin olub. O, Kastronu dəstəkləmək üçün bütün əmanət və pulunu inqilabçılara verib. Revuelta Klevs Fidel Kastronun həbsdə olduğu və Meksikaya mühacirət etdiyi dövrdə onunla mütəmadi yazışıb. 

Evli olan komandante sevgilisi ilə də münasibətləri saxlayıb. 1956-cı ildə cütlüyün nikahdankənar Alina adlı qızları dünyaya gəlib. Həmin il Fidel Kastro, 1959-cu ildə isə Nati boşanıb. Lakin onlar bir-biriləri ilə evlənməyiblər. Fidel Kastro 1980-ci ildə yenidən ailə qurub, Revuelta Klevs  isə bir daha ərə getməyib.