FİFA 2018-də video təkrardan istifadə olunacaq

fifa-2018-de-video-tekrardan-istifade-olunacaq
Oxunma sayı: 935

Rusiyada keçiriləcək 2018-ci il futbol üzrə dünya çempionatında hakimlər video təkrar sistemindən (VAR) istifadə edə biləcəklər.

“Qafqazinfo” xəbər verir ki, bunula bağlı qərar FİFA-nın Kolumbiyada keçirdiyi iclasda qəbul edilib.

Xatırladaq ki, martın 3-də Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) hakimlərə video kömək sisteminin (VAR) daimi olaraq qaydalara daxil olunmasını dəstəkləyib.