FİFA-da növbəti şok- - Blatter postundan gedir

fifa-da-novbeti-sok-
Oxunma sayı: 2162


“Qafqazinfo” gazeta.ru-ya istinadən xəbər verir ki, o, bu barədə bu gün keçirdiyi xüsusi mətbuat konfransında məlumat verib. 

“Mən FİFA-nın yeni seçkiləri üçün növbədənkənar konqres keçirəcəyəm. Və bu seçkilərdə iştirak etməyəcəyəm”-, deyə Blatter bildirib. 

Qeyd edək ki, Blatter FİFA-ya 1998-ci ildən bəri rəhbərlik edib. Sonuncu dəfə o, ötən ayın 29-u keçirilən seçkilərdə növbəti 5 il müddətinə prezident seçilmişdi. Onun seçkidəki qalibiyyətinin üstündən 4 gün sonra verdiyi bu açıqlama birmənalı qarşılanmayıb. Qərarın FİFA-dakı korrupsiya qalmaqalı ilə əlaqəli olduğu deyilir. 

Elsevər