FİFA daha bir klubumuzu cəzalandırdı - 79 min dollar

fifa-daha-bir-klubumuzu-cezalandirdi
Oxunma sayı: 1446

Topaz Premyer Liqasının ikinci yarısına başlayıb-başlamayacağı sual altında olan “Rəvan”a FİFA-dan cəzalar üst-üstə gəlir.

“Qafqazinfo” xəbər verir ki, braziliyalı futbolçu Julio Moreyra Sezar ali futbol qurumuna şikayət edərək Bakı klubuna qalib gəlib. 

FİFA-nın qərarına əsasən Nuru Əliyevin sahib olduğu klub Moreyraya 79 min dollar ödəməlidir. Bu pullar braziliyalıya verilməyəcəyi halda klub Topaz Premyer Liqasında iştirakdan məhrum edilə bilər. Bu barədə məlumatı saytımıza futboçunun vəkili Radostin Vasiliyev verib. O həmçinin bildirib ki, daha bir futbolçuya görə “Rəvan” cəzalana bilər: ““Rəvan”a qarşı bu həftə daha bir məhkəmə olacaq. Mənim digər müştərim Tyaqo Souza Bezzeraya borcu olan klub FİFA tərəfindən ikinci cəzanı ala bilər. Əgər yanvar ayının sonuna qədər pullar ödənilməsə, onların hesabından 6 xal silinə bilər. Həmçinin komanda Premyer Liqada iştirak hüququndan da məhrum edilmək təhlükəsi ilə üz-üzədir”.