FİFA Fil Dişi Sahili millisinin qapıçısı Silven Qbouonu 18 ay müddətinə futboldan kənarlaşdırıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə ali futbol qurumunun mətbuat xidməti məlumat yayıb.
Xəbəri rus dilində oxuyun: "Поражение в войне приведет к госперевороту в России" - Видео
FİFA İntizam Komitəsinin belə sərt cəza tətbiq etməsinə futbolçunun antidopinq qaydalarını pozması səbəb olub. Qbouonun 2021-ci il noyabrın 16-da DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində baş tutan Kamerunla oyundan (0:1) sonra verdiyi dopinq testdə FİFA-nın stimullaşdırıcı kimi təsnif etdiyi antianginal dərman olan trimetazidin aşkar edilib.
Qadağa bütün növ oyunlara, o cümlədən ölkədaxili, beynəlxalq, yoldaşlıq və rəsmi oyunlara şamil edilir.
Son xəbərlər
Son Xəbərlər