FİFA-dan “Neftçi”yə təbrik - Foto

fifa-dan-neftciye-tebrik
Oxunma sayı: 1229

FİFA-nın prezidenti Canni İnfantino Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti Rövnəq Abdullayevə məktub ünvanlayıb.

“Qafqazinfo” AFFA-nın saytına istinadən xəbər verir ki, İnfantino Abdullayevə ünvanladığı məktubla “Neftçi” klubunun Azərbaycan Premyer Liqasının 2020/2021-ci il mövsümünün qalibi olması münasibətilə təbrikini və xoş sözlərini bu işdə əməyi olan hər kəsə çatdırılmasını xahiş edib.

“Neftçi” Azərbaycan Premyer Liqasında 2020/21 mövsümünün qalibi olub.