FİFA-dan Şahruddin Məhəmmədəliyevin klubuna ağır cəza

fifa-dan-sahruddin-mehemmedeliyevin-klubuna-agir-ceza
Oxunma sayı: 2334

Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyevin çıxış etdiyi “Adana Demirspor” klubu cəza ilə üzləşib.

“Qafqazinfo” xəbər verir ki, FİFA Adana təmsilçisinə transfer qadağası qoyub. 

Bu barədə journalist Yağız Sabuncuoğlu X hesabında paylaşım edib. Səbəb isə “Adana Demirspor”un sabiq baş məşqçisi Patrik Klyuvertə olan 142 min avro borcunu ödəməməsidir. 

Klub 3 “transfer pəncərəsi”ndə heyətinə futbolçu qata bilməyəcək.