“Qafqazinfo” xəbər verir ki, Blatter gələcəkdə ilk 45 dəqiqənin sonunda hər iki komandanın baş məşqçisinin hakimə bir və ya iki dəfə etiraz etmək hüququ olacağının və bu etirazın nəticəsində hakimin verdiyi qərarın dəyişə biləcəyini deyib. Birinci hissənin sonunda yaranmış fasilədə baş məşqçilər hakimə yaxınlaşaraq şikayətlərini edəcəklər. Görüşün baş hakimi də meydançanın kənarında olan monitor vasitəsi ilə həmin epizodun təkrarını izləyərək qərarı dəyişmək və ya qüvvədə saxlamaq hüququna malik olacaq. FİFA prezidenti bu yeniliyi ilk dəfə gələn il Yeni Zenlandiyada keçiriləcək 20 yaşa qədər futbolçuların dünya çempionatında tətbiq edəcəklərini deyib.
İqbal
Son xəbərlər
Son Xəbərlər