FİFA-dan Türkiyə klubuna transfer qadağası

fifa-dan-turkiye-klubuna-transfer-qadagasi
Oxunma sayı: 2668

FİFA Türkiyənin “Giresunspor” klubuna transfer qadağası qoyub.

“Qafqazinfo” xəbər verir ki, bunu Super Liqa təmsilçisinin prezidenti Nahid Yamak açıqlamasında deyib.

Klub iki transfer pəncərəsi zamanı heyətinə yeni futbolçu cəlb edə bilməyəcək.

Bu cəzaya səbəb isə klubun sabiq futbolçusu Jan Pyerrə olan borcunu ödəməməsidir. Klub braziliyalı hücumçuya 30 gün ərzində 750 min avro ödəməlidir. Bu, baş versə, transfer qadağası götürüləcək.